Yeni il gecəsi qətliam törədən terrorçu dünən gecə təhlükəsizlik əməkdaşlarımızın uğurlu əməliyyatı nəticəsində tutuldu. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan "Reina” gecə klubunda 39 nəfəri qətlə yetirən Əbdülqədir Maşaripovun həbsi haqda danışarkən deyib. "Bu ölkədə heç bir cinayətkar cəzasız qalmayacaq. Hər kəs hüquqi müstəvidə cəzasını alacaq. Terrorçunun tutulması təhlükəsizlik anlayışımızın göstəricisidir. Bütün təhlükəsizlik əməkdaşlarımızı və kəşfiyyat orqanlarımızı təbrik edirəm”, - Ərdoğan bildirib.