
Bu gün Səudiyyə Ərəbistanının Şərq vilayəti və Ər-Riyaddakı neft obyektlərini hədəf almağa çalışan bir neçə pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.
GunAz.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin sözçüsü general-mayor Türki əl-Maliki PUA-ların İraq ərazisindən İranın dəstəklədiyi silahlı qruplar tərəfindən buraxıldığını iddia edib.
"Krallıq özünü və strateji obyektlərini müdafiə etmək, həmçinin uyğun bildiyi vaxt və yerdə cavab vermək hüququnu özündə saxlayır", – deyə əl-Maliki vurğulayıb.































