
Rusiya qüvvələri Ukraynanın Sumı şəhərini bombalayıb.
GunAz.az xəbər verir ki, bu barədə Sumı Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov məlumat verib.
Məlumata görə, səhər saatlarında şəhərin mərkəzinə beş idarə olunan hava bombası atılıb.
Ümumilikdə, Sumı bölgəsində zərbələr nəticəsində biri uşaq olmaqla, 15 nəfər yaralanıb.































