SON DƏQİQƏ
» » Mənşəyi məlum olmayan 30 tondan çox ət məhv edildi

Mənşəyi məlum olmayan 30 tondan çox ət məhv edildi

Tarix:

Bu gün, 11:13

/ 2 345 dəfə oxundu.
Mənşəyi məlum olmayan 30 tondan çox ət məhv edildi

Cari ilin 6 ayı ərzində 2254 müəssisədə 2586 yoxlama keçirilib və 1963 müəssisədə uyğunsuzluq müəyyən edilib.
GunAz.az xəbər verir ki, bu fikirləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 2026-cı ilin ilk 6 ayı üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında AQTA-nın sədr müavini Əli Nəbiyev deyib.
Onun sözlərinə görə, ciddi nöqsan aşkarlanan 316 müəssisənin fəaliyyəti məhdudlaşdırılıb (nöqsanları aradan qaldıran 95-nin fəaliyyəti bərpa olunub). Uyğunsuzluq aşkarlanan 1600 tona yaxın, 450 min litr və 130 min ədəd məhsul məhv edilib, 430 ton məhsul utilizasiya olunub. Ticarət şəbəkələrindən isə 1 tondan artıq uyğunsuz məhsul yığışdırılıb. Keçirilən reydlər zamanı mənşəyi məlum olmayan və istehlaka yararsız 30.7 ton ət (o cümlədən 432 kq at əti) məhv edilib.
скачать dle 12.1

Şərhlər