SON DƏQİQƏ

Məşhur müğənni və model həbs edildilər

Tarix:

Bu gün, 08:54

/ 3 242 dəfə oxundu.
Məşhur müğənni və model həbs edildilər

İstanbul məhkəməsi məşhur türk müğənnisi İlyas Yalçıntaşı narkotik vasitələrin satışı ilə bağlı iş çərçivəsində həbs edib.
GunAz.az xəbər verir ki, bu barədə Türkiyənin "Yeni Şafak" qəzeti məlumat yayıb.
O, cümə axşamı jandarma tərəfindən keçirilən genişmiqyaslı narkotik əleyhinə rey zamanı saxlanılıb. Əməliyyat zamanı aralarında artistlər və biznes nümayəndələrinin də olduğu 25 tanınmış şəxs saxlanılıb. Onların hamısı narkotik testi üçün saç və qan nümunələri təqdim edib.
Nəşrin məlumatına görə, məhkəmə Yalçıntaş və model Ayşe Nur Balcı da daxil olmaqla, dörd nəfər barəsində həbs qətimkan tədbiri seçib.
Saxlanılanlar arasında populyar türk müğənnisi Sıla Genc oğlu da olub. Onun işi ilə bağlı hələlik qərar verilməyib, lakin prokurorluq artistin ölkədən çıxışına qadağa qoyulmaqla sərbəst buraxılmasını təklif edib.
скачать dle 12.1

Şərhlər