
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə razılaşma Tehran tərəfindən rədd ediləcəyi təqdirdə istefa verəcək.
GunAz.az xəbər verir ki, bu barədə “The New York Times” İran rəsmilərinə istinadla məlumat yayıb.
Rəsmilərin sözlərinə görə, İran Prezidenti bu şərtini ölkənin Ali rəhbəri Müctəba Xameneiyə çatdırıb.
“Məsud Pezeşkian Müctəba Xamenei ilə görüşündə bildirib ki, ABŞ-nin iqtisadi təzyiqlərinin və dəniz blokadasının davam etməsi ölkəni böhranla üz-üzə qoyur. İran Prezidenti ilkin atəşkəs razılaşmasının rədd ediləcəyi təqdirdə istefa verəcəyini də deyib”, - NYT-nin mənbələri əlavə ediblər.































