Yurdun zəka mayağı – Oruc müəllimin nurlu ömür yolu və Akif Hocanın poetik ehtiramı
Bəzən bir insanın ömür yolu yazılmış kitablardan daha dərin məna daşıyır. Elə insanlar var ki, onların ən böyük əsəri yetişdirdiyi şagirdlər, qazandığı hörmət və arxasında qoyduğu xeyirxah izlər olur. Naxçıvanın tanınmış pedaqoqlarından biri, ömrünü təhsilə və gənc nəslin maariflənməsinə həsr etmiş Oruc Allahverdi oğlu Məmmədov məhz belə müəllimlərdən idi.
23 mart 1957-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaraçuq kəndində dünyaya göz açan Oruc Məmmədov uşaqlıq illərindən elmə və biliyə böyük maraq göstərmişdir. İlk təhsilini doğma kənd məktəbində aldıqdan sonra Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsini riyaziyyat ixtisası üzrə uğurla bitirmişdir.
Əmək fəaliyyətinə dövlət təyinatı ilə Cəlilabad rayonunda başlayan gənc müəllim qısa müddətdə peşəkarlığı, məsuliyyəti və zəhmətsevərliyi ilə seçilmişdir. Sonralar doğma yurduna qayıdaraq Babək Rayon Təhsil Şöbəsində metodist kimi fəaliyyət göstərmiş, daha sonra könüllü şəkildə hərbi xidmətə yollanmışdır. Xidməti başa vurduqdan sonra isə ömrünün sonunadək doğma Qaraçuq kənd tam orta məktəbində riyaziyyat müəllimi, təlim-tərbiyə işləri üzrə direktor müavini və metodist kimi çalışmışdır.
Oruc müəllim üçün müəllimlik sadəcə peşə deyildi. Bu, onun həyat amalına çevrilmiş müqəddəs missiya idi. Onun dərs dediyi minlərlə şagird bu gün ölkənin müxtəlif sahələrində uğurla çalışan ziyalılardır. Hər birinin yaddaşında Oruc müəllim dəqiq elmləri sevdirən, tələbkar, eyni zamanda qayğıkeş və humanist pedaqoq kimi yaşayır.
Pedaqoji fəaliyyəti dövründə dəfələrlə Babək Rayon Təhsil Şöbəsinin və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanları ilə təltif olunması onun əməyinə verilən yüksək qiymətin göstəricisi idi. Lakin onun ən böyük mükafatı yetirdiyi insanlardır. Çünki müəllim ömrü diplom və təltiflərlə deyil, yetişdirdiyi nəsillərlə ölçülür.
2024-cü il iyulun 25-də Oruc müəllim bu dünyaya vida etsə də, onun işıqlı xatirəsi həm doğma kəndində, həm də yetirmələrinin qəlbində yaşayır. Elmə və mənəviyyata həsr olunmuş belə ömürlər zaman keçdikcə daha böyük qiymət qazanır.
Bu dəyərli ömür yoluna Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Akif Hoca "Oruc müəllim" adlı təsirli şeir həsr etmişdir. Şair əsərində Oruc müəllimin yalnız bir pedaqoq deyil, həm də mənəvi zirvə, el-obanın ziyalısı olduğunu yüksək poetik dillə ifadə edir.
Şeirin ilk misralarından müəllif müəllimini uca dağ zirvəsinə bənzədir:
"Saçları bəmbəyaz, zirvənin qarı,
Dağlardan kəm deyil əzmi, vüqarı..."
Bu bənzətmə Oruc müəllimin yaşının kamilliyini, mənəvi ucalığını və sarsılmaz xarakterini ifadə edir. Ağ saçlar zamanın izi olsa da, müəllif onları müdrikliyin və təmizliyin rəmzi kimi təqdim edir.
Akif Hoca əsər boyu Oruc müəllimi "Yurdumun, elimin zəka mayağı" adlandırır. Təkrar olunan bu misra şeirin əsas ideyasını təşkil edir. Çünki müəllifə görə, Oruc müəllim təkcə riyaziyyat müəllimi deyil, bütöv bir nəslin mənəvi mayasını formalaşdıran ziyalı idi.
Şeirdə diqqət çəkən başqa bir məqam müəllimin peşəsinə olan sonsuz sevgisidir:
"Müəllimlik ilk eşqi, ilk həvəsiydi,
Peşəsi könlünün, qəlbin səsiydi..."
Bu misralar Oruc müəllimin ömür yolunun təsadüfi seçim deyil, ürəyinin çağırışı olduğunu göstərir. Onun üçün müəllimlik vəzifə deyil, həyat fəlsəfəsi idi.
Əsərin son bəndlərində Akif Hoca Oruc müəllimi "təlim dahisi", "təhsil hamisi", "elm fədaisi" kimi təqdim edir. Bu ifadələr sadəcə poetik epitet deyil, onun uzun illər ərzində qazandığı xalq sevgisinin və nüfuzunun bədii ifadəsidir.
Bu gün Oruc Allahverdi oğlu Məmmədov fiziki olaraq aramızda olmasa da, onun öyrətdiyi düsturlar, aşıladığı həyat dərsləri və tərbiyə etdiyi insanlar onun ömrünü davam etdirirlər. Çünki əsl müəllim zamanla unudulmur, yetişdirdiyi nəsillərin uğurlarında yaşayır.
Akif Hocanın qələmə aldığı "Oruc müəllim" şeiri isə həmin işıqlı ömrün poetik salnaməsi, müəllim adına göstərilən böyük ehtiramın bədii ifadəsidir. Bu əsər bir daha sübut edir ki, cəmiyyətin ən böyük sərvəti onu elmə, biliyə və vətən sevgisinə səsləyən müəllimlərdir. Belə insanlar ömürlərini başa vursalar da, adları xalqın yaddaşında əbədi yaşayır.

Akif Hocanın "Oruc müəllim" şeirini təqdim edirəm.
ORUC MÜƏLLİM
Şeirin müəllifi: Akif Hoca(AYB-nin üzvü, şair-publisist)
Saçları bəmbəyaz, zirvənin qarı,
Dağlardan kəm deyil əzmi, vüqarı.
Zəkadır, savaddır eşqi, ilqarı,
Təlimin, təhsilin, elmin dayağı,
Yurdumun, elimin zəka mayağı.
Ziya günəşidir doğma elimə,
Ömrünü həsr edib biliyə, elmə.
Peşəkar Hocadır – anadangəlmə,
Bir ömür yaşadı Simruq sayağı,
Yurdumun, elimin zəka mayağı.
Müəllimlik ilk eşqi, ilk həvəsiydi,
Peşəsi könlünün, qəlbin səsiydi.
Oxumuş hər insan tələbəsiydi,
Yurdda hər guşəyə dəyib ayağı,
Yurdumun, elimin zəka mayağı.
Məktəb elm ocağı canı, qanıydı,
Dərs vermək, öyrətmək şöhrət, şanıydı.
Əqli, dərrakəsi bilik kanıydı,
Amalı, kamalı insana qayğı,
Yurdumun, elimin zəka mayağı.
Qocaman çinardı rişəli, tağlı,
Çağlayan bulaqdı biliyi, ağlı.
Nurlu bir insandı, Vətənə bağlı,
Sərvəti, qazancı üzünün ağı,
Yurdumun, elimin zəka mayağı.
O idi yurdunun təlim dahisi!
O idi Vətənin təhsil hamisi!
O idi millətin elm fədaisi!
Oruc idi Hocam, Haqqın bayrağı,
Yurdumun, elimin zəka mayağı...
Bilman İSAQ