
Konqo Demokratik Respublikasında təsdiqlənmiş Ebola yoluxmalarının sayı 1502-yə yüksəlib.
GunAz.az xəbər verir ki, bu barədə ölkə hökumətinin açıqladığı son məlumatlarda bildirilib.
Məlumata görə, qeydə alınan yoluxma hallarından 473-ü ölümlə nəticələnib.
Epidemiya əsasən ölkənin şərqində yerləşən İturi, Şimali Kivu və Cənubi Kivu əyalətlərində yayılıb.
Hakimiyyət orqanları və səhiyyə qurumları virusun yayılmasının qarşısını almaq üçün profilaktik və epidemioloji tədbirləri davam etdirir.































