SON DƏQİQƏ
» » Britaniyalı gəncin komada gördüyü yuxu gerçək olub

Britaniyalı gəncin komada gördüyü yuxu gerçək olub

Tarix:

Bu gün, 08:20

/ 3 243 dəfə oxundu.
Britaniyalı gəncin komada gördüyü yuxu gerçək olub

Böyük Britaniyada bir ay ərzində iki dəfə komaya düşən şəxs bu vəziyyətin ona gələcəyi görmə qabiliyyəti bəxş etdiyini iddia edir.
GunAz.az xəbər verir ki, Böyük Britaniyanın "Mirror" qəzeti qeyri-adi bir hadisə barədə məlumat yayıb.
Məlumata görə, 2024-cü ilin oktyabr ayında 26 yaşlı Kinan Ekton iştirak etdiyi bir tədbirdə huşunu itirib. Gəncdə beyin şişi və çoxorqanlı çatışmazlıq inkişaf edərək onu komatoz vəziyyətə salıb. Komada olduğu müddətdə o, yuxusunda həyat yoldaşını, iki övladını və yeni doğulmuş əkizlərini görüb. Maraqlısı budur ki, həmin dövrdə cütlüyün cəmi iki övladı var idi.
Xəstəxanaya yerləşdirildikdən sonra xəstənin vəziyyəti daha da ağırlaşıb. Qısa müddətə özünə gələn Kinan yenidən ikinci dəfə komaya düşüb. Bu dəfə isə o, yuxuda meşənin ortasında komada olduğunu görüb. Ümumilikdə səkkiz gün huşsuz qalan Kinan sonda həyatda qalmağı bacarıb və sürətlə reabilitasiya prosesinə başlayıb.
Tibb müəssisəsindən evə buraxıldıqdan sonra gənc ata həyat yoldaşınını hamilə olduğunu öyrənib. Ultrasəs müayinəsi zamanı isə onlara əkiz övlad gözlədikləri müjdəsi verilib.
скачать dle 12.1

Şərhlər