SON DƏQİQƏ

Neftin qiyməti 72 dolları ötüb

Tarix:

Bu gün, 08:40

/ 3 242 dəfə oxundu.
Neftin qiyməti 72 dolları ötüb

Dünya birjalarında neft qiymətləri sutkalıq ticarətdə artım nümayiş etdirib.
GunAz.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin avqust fyuçersləri 0,09 ABŞ dolları və ya 0,13% bahalaşaraq bir barel üçün 68,78 ABŞ dollarına yüksəlib.
Londonun ICE birjasında isə Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 0,32 ABŞ dolları və ya 0,45% artaraq 72,12 ABŞ dolları təşkil edib.
Analitiklərə görə, neft qiymətlərində artım bazarda təkliflə bağlı narahatlıqların davam etməsi və investorların qlobal enerji bazarındakı riskləri qiymətləndirməsi fonunda müşahidə olunur.
скачать dle 12.1

Şərhlər