SON DƏQİQƏ

7-ci sinif şagirdi vəfat ETDİ

Tarix:

Bu gün, 18:46

/ 2 345 dəfə oxundu.
7-ci sinif şagirdi vəfat ETDİ

İmişlidə məktəbli komadan ayılmayıb.
GunAz.az xəbər verir ki, İmişli rayonu, Allahmədətli kənd ümumi orta məktəbinin 7-ci sinif şagirdi Kamilə Bədəlzadə vəfat edib.
Bu barədə məlumat məktəbin rəsmi sosial şəbəkə hesablarında paylaşılıb.
"Vaxtsız aramızdan ayrılan məktəbimizin fidanı Kamilə Bədəlzadənin vəfat xəbəri məktəb kollektivimizi dərindən sarsıtdı. Kamilə məktəbimiz üçün əziz və parlaq bir şagird idi. Onun yoxluğu hər birimiz üçün böyük itkidir. Onun şən gülüşünü, xeyirxahlığını və məktəb həyatındakı fəallığını heç vaxt unutmayacağıq. Bu ağır günlərdə Kamilənin yaxınlarının kədərinə şərik olur, onlara səbir və dözüm diləyirik.
Kamilənin xatirəsi ürəyimizdə daim yaşayacaq. O, məktəbimizin tarixində həmişə xoş xatirələrlə qalacaqdır. Allah rəhmət eləsin, ruhu şad olsun!", - deyə paylaşımda bildirilib.
скачать dle 12.1

Şərhlər