SON DƏQİQƏ

ABŞ PKK-nın ləğvini alqışladı

Tarix:

13-05-2025, 11:34

/ 3 414 dəfə oxundu.
ABŞ PKK-nın ləğvini alqışladı

ABŞ-nin Türkiyədəki səfirliyi PKK terror təşkilatının ləğv edilməsini alqışlayaraq bunu “sivilizasiya üçün qələbə” kimi qiymətləndirib.
GunAz.az “Report”-a istinadən xəbər verir ki, müvafiq bəyanat diplomatik missiyanın sosial şəbəkə hesabında yerləşdirilib.
“Terrorçu qrupların silahı yerə qoyması sivilizasiya üçün hər zaman qələbə təşkil edir. PKK-nın ləğv qərarı bir dönüş nöqtəsi xarakterindədir”, – bəyanatda qeyd olunub.
Bildirilib ki, ABŞ-nin dövlət katibi türkiyəli həmkarı Hakan Fidan ilə telefon danışığı apararaq bir daha dəstəyini ifadə edib.
“Amerika Birləşmiş Ştatları daimi sülh və təhlükəsizlik yolunda irəliləyən NATO müttəfiqimiz Türkiyənin yanındadır”, – səfirlik qeyd edib.
“Sivil dünyada terrorun gələcəyi yoxdur”, – bəyanatda vurğulanıb.
скачать dle 12.1

Şərhlər