SON DƏQİQƏ
» » Hakan Fidan iranlı və pakistanlı həmkarı ilə nəyi müzakirə etdi?

Hakan Fidan iranlı və pakistanlı həmkarı ilə nəyi müzakirə etdi?

Tarix:

18-01-2024, 18:54

/ 3 053 dəfə oxundu.
Hakan Fidan iranlı və pakistanlı həmkarı ilə nəyi müzakirə etdi?

Türkiyənin xarici işlər naziri Hakan Fidan Pakistan xarici işlər naziri Cəlil Abbas Cilani və İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianla telefon danışığı aparıb.

Bu barədə TASS-a Türkiyədən diplomatik mənbə bildirib.
“İordaniyada səfərdə olan xarici işlər naziri Fidan Pakistan və İrandan olan həmkarları ilə telefon danışığı aparıb. O, regionda yeni problemlərin yaranmasının qarşısının alınmasının vacibliyinə işarə edərək, tərəfləri təmkinli olmağa çağırıb. Hər iki nazir türkiyəli həmkarını əmin edib ki, gərginliyi artırmaq istəmirlər”, - məlumatda qeyd edilib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ