SON DƏQİQƏ

Hakan Fidan İraqa gedir

Tarix:

5-08-2023, 17:00

/ 1 947 dəfə oxundu.
Hakan Fidan İraqa gedir

Türkiyə xarici işlər naziri Hakan Fidan İraqa səfər edəcək.

Bu barədə İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd əl-Səhaf deyib.

O bildirib ki, bu yaxınlarda Türkiyə xarici işlər nazirinin müavini Fuad Hüseyn Ankaranın İraqdakı səfiri Əli Rza Güneylə görüşüb:

“Görüş zamanı H.Fidanın İraqa səfəri də müzakirə edilib. H.Fidanın bu ayın ikinci yarısında Bağdada səfəri zamanı iki ölkə arasında münasibətlərin genişləndirilməsi məsələsi də müzakirə olunacaq”.
скачать dle 12.1

Şərhlər