SON DƏQİQƏ

Hakan Fidan bununla bağlı Azərbaycana gəlir

Tarix:

4-07-2023, 18:35

/ 1 608 dəfə oxundu.
Hakan Fidan bununla bağlı Azərbaycana gəlir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

H.Fidan 5-6 iyul tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatına üzv dövlətlərin XİN rəhbərlərinin iclasına qatılacaq.

Türkiyəli nazir iclas çərçivəsində Fələstin Nazirlər Komitəsi iclasında, eyni zamanda, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr edilmiş tədbirdə iştirak edəcək.

Hakan Fidanın həmkarları ilə ikitərəfli təmaslarının keçiriləcəyi qeyd olunub.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ