SON DƏQİQƏ

Türkiyədə 286 min insan aksiyaya çıxdı

Tarix:

1-05-2025, 20:58

/ 2 225 dəfə oxundu.
Türkiyədə 286 min insan aksiyaya çıxdı

Türkiyənin müxtəlif şəhərlərində 1 may – Əmək və Həmrəylik Günü münasibətilə keçirilən aksiyalar zamanı 409 nəfər saxlanılıb.
GunAz.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya mətbuata açıqlamasında deyib.
O bildirib ki, 78 vilayətdə təşkil edilən 212 aksiyaya ümumilikdə 286 min 584 nəfər qatılıb.
Nazirin sözlərinə görə, İstanbulda 407, Tokatda 1 və Vanda da 1 nəfər polislər tərəfindən saxlanılıb.
Yerliqaya əlavə edib ki, aksiyalar zamanı təhlükəsizliyin təmin edilməsi üçün 122 min 777 nəfər polis əməkdaşı xidmətə cəlb edilib.
скачать dle 12.1

Şərhlər