SON DƏQİQƏ
» » Türkiyədə güclü zəlzələ: Dağıntılar və xəsarət alan var

Türkiyədə güclü zəlzələ: Dağıntılar və xəsarət alan var

Tarix:

18-04-2024, 23:01

/ 4 167 dəfə oxundu.
Türkiyədə güclü zəlzələ: Dağıntılar və xəsarət alan var

Türkiyənin Tokat vilayətində baş verən 5,6 bal gücündə zəlzələ nəticəsində bir sıra binalara ciddi ziyan dəyib.
Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Onun sözlərinə görə, Tokatda bir ev və iki məscidin minarələri dağıdılıb. Bundan başqa, zəlzələnin təsiri ilə Yozgat şəhərində üç ev ciddi zərər çəkib.
Həmçinin, Tokatda təbii fəlakət zamanı bir nəfər xəsarət alıb.
Hadisə yerində xilasedicilər və təcili tibbi yardım briqadaları işləyirlər.
Bölgədə tədrisə birgünlük ara verilib.
Mənbə: Haber Global
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ