SON DƏQİQƏ
» » Türkiyədə zəlzələ nəticəsində yaralananların sayı artdı

Türkiyədə zəlzələ nəticəsində yaralananların sayı artdı

Tarix:

23-11-2022, 14:27

/ 1 924 dəfə oxundu.
Türkiyədə zəlzələ nəticəsində yaralananların sayı artdı

Türkiyənin Düzce vilayətində baş verən 5,9 bal gücündə zəlzələ nəticəsində xəsarət alanların sayı 68-ə yüksəlib. Onlardan birinin vəziyyəti ağırdır.

Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir 28 yaşlı Əfqanıstan vətəndaşının zəlzələ zamanı birinci mərtəbədən yıxılaraq beyin qanaması keçirdiyini, süni nəfəs aparatına qoşulduğunu və vəziyyətinin ağır olduğunu deyib.

Qeyd edilib ki, son məlumatlara əsasən, 68 yaralı var. Bunlardan 26-sı xəstəxanada müalicə olunur. Ağır yaralılardan başqa vətəndaşların ümumi vəziyyəti yaxşıdır, ciddi problemi yoxdur.

Xatırladaq ki, yerli vaxtla saat 04:08-də Türkiyənin Düzce vilayətində 5,9 bal gücündə zəlzələ olub.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ