SON DƏQİQƏ
» » Əpl şirkəti də Meksika körfəzinin adını dəyişdi

Əpl şirkəti də Meksika körfəzinin adını dəyişdi

Tarix:

12-02-2025, 13:34

/ 3 368 dəfə oxundu.
Əpl şirkəti də Meksika körfəzinin adını dəyişdi

Quql şirkətinin ardınca Əpl şirkəti də ABŞ-dakı istifadəçilər üçün hazırladığı xəritələrdə Meksika körfəzinin adını “Amerika körfəzi” olaraq dəyişdirib.
GunAz.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Məlumata görə, şirkətin bütün qurğularındakı “Xəritələr” tətbiqində körfəzin adı dəyişdirilib.
Şirkətdən bildirilib ki, dəyişiklik hələlik yalnız ABŞ istifadəçiləri üçündür.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Meksika körfəzinin adının “Amerika körfəzi” olaraq dəyişdirilməsi ilə bağlı sərəncam imzalamışdı.
скачать dle 12.1

Şərhlər