Əpl şirkəti də Meksika körfəzinin adını dəyişdi

GunAz.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Məlumata görə, şirkətin bütün qurğularındakı “Xəritələr” tətbiqində körfəzin adı dəyişdirilib.
Şirkətdən bildirilib ki, dəyişiklik hələlik yalnız ABŞ istifadəçiləri üçündür.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Meksika körfəzinin adının “Amerika körfəzi” olaraq dəyişdirilməsi ilə bağlı sərəncam imzalamışdı.