
Niger hakimiyyəti Britaniyanın BBC telekanalının ölkə ərazisindəki yayımını üç ay müddətinə dayandırdığını elan edib.
GunAz.az xəbər verir ki, məlumatı ölkənin Rabitə Nazirliyi yayıb.
Niger hakimiyyəti bu addımı "BBC-ni ictimai əmin-amanlığı pozmağa və hərbçilərin mənəviyyatını sarsıtmağa yönəlmiş dezinformasiya yaydığı üçün" atıb.
Qeyd edək ki, bundan əvvəl ölkədə Frans-24 (France-24) telekanalı və Fransanın RFI radiostansiyası da qadağan edilib.