Bu ölkədə BBC-nin fəaliyyəti dayandırıldı

Bu ölkədə BBC-nin fəaliyyəti dayandırıldı Niger hakimiyyəti Britaniyanın BBC telekanalının ölkə ərazisindəki yayımını üç ay müddətinə dayandırdığını elan edib.
GunAz.az xəbər verir ki, məlumatı ölkənin Rabitə Nazirliyi yayıb.
Niger hakimiyyəti bu addımı "BBC-ni ictimai əmin-amanlığı pozmağa və hərbçilərin mənəviyyatını sarsıtmağa yönəlmiş dezinformasiya yaydığı üçün" atıb.
Qeyd edək ki, bundan əvvəl ölkədə Frans-24 (France-24) telekanalı və Fransanın RFI radiostansiyası da qadağan edilib.

скачать dle 12.1
Geri qayıt