
Yaponiya hökuməti Rusiya ilə ABŞ arasında münasibətlərin inkişafını diqqətlə izləyəcək.
GunAz.az TASS-a istinadən xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi Tokioda keçirdiyi mətbuat konfransında bildirib. O, Donald Trampın Vladimir Putinlə telefon danışığını şərh edərkən belə deyib: “Biz dünya birliyinin ən mühüm problemlərinin həllinə böyük təsir göstərən ABŞ-Rusiya münasibətlərini diqqətlə izləyirik”. Yoşimasa Hayaşi Vaşinqton və Tokio arasında əməkdaşlığın vacibliyinə toxunub. Onun sözlərinə görə, Yaponiya Ukraynadakı vəziyyət də daxil olmaqla, Amerika ilə yaxından fikir mübadiləsi aparmaq niyyətindədir”.































