SON DƏQİQƏ
» » "Yaponiya və Rusiya arasında münasibətlər elə bir vəziyyətdədir ki...

"Yaponiya və Rusiya arasında münasibətlər elə bir vəziyyətdədir ki...

Tarix:

18-03-2024, 14:22

/ 3 764 dəfə oxundu.
"Yaponiya və Rusiya arasında münasibətlər elə bir vəziyyətdədir ki...

“Hazırda Rusiya ilə sülh müqaviləsi bağlamaq üçün heç bir perspektiv yoxdur”.
GunAz.az xəbər verir ki, bunu Yaponiyanın baş naziri Fumio Kişida deyib.
“Yaponiya və Rusiya arasında münasibətlər elə bir vəziyyətdədir ki, danışıqlar prosesinin, ilk növbədə, sülh müqaviləsi üzrə perspektivlər görünmür”, – Kişida deyib.
Yaponiyanın baş naziri danışıqların olmamasına səbəb kimi Ukrayna münaqişəsini göstərib.
Eyni zamanda, Kişida Yaponiyanın “sülh müqaviləsi bağlamaq və ərazi problemini həll etmək” üçün səylərini davam etdirəcəyini vurğulayıb.
Martın 18-də Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayaşi Rusiyada keçirilən prezident seçkilərinin nəticələrini şərh etməkdən imtina edib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ