SON DƏQİQƏ

HƏMAS İsraildə terrorlara başlayıb

Tarix:

2-10-2024, 23:14

/ 4 374 dəfə oxundu.
HƏMAS İsraildə terrorlara başlayıb

Fələstin HƏMAS hərəkatının hərbi qanadı “İzzəddin əl-Qəssam Briqadaları” Təl-Əvivin cənubunda törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
Bu barədə hərəkatın telegram kanalında bildirib.
Qeyd edilib ki, yaxın bir neçə gün ərzində yeni hücumlar olacaq.
Xatırladaq ki, Təl-Əvivin cənubunda oktyabrın 1-də axşam saatlarında baş verən atışma nəticəsində İsrailin 7 vətəndaşı ölüb, 16-sı yaralanıb.
Müəyyən edilib ki, terror aktını iki nəfər törədib, onlardan biri öldürülüb, digəri isə ağır yaralanıb. Hər ikisi İordan çayının qərb sahilində yerləşən Hevron şəhərinin sakinləridir.
скачать dle 12.1

Şərhlər