
İran Livanın “Hizbullah” hərəkatına yardım etmək üçün öz qoşunlarını göndərməyi planlaşdırmır.
GunAz.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı İran XİN-in rəsmi nümayəndəsi Naser Kanani açıqlayıb.
Onun sözlərinə görə, Livan özünü müdafiə etmək üçün bütün lazımi imkanlara sahibdir: “İranın könüllü və yaxud köməkçi qüvvələr göndərməsinə ehtiyac yoxdur”.