SON DƏQİQƏ
» » “Müharibə olarsa, “Hizbullah”ı dəstəkləyəcəyik”

“Müharibə olarsa, “Hizbullah”ı dəstəkləyəcəyik”

Tarix:

2-07-2024, 11:49

/ 3 336 dəfə oxundu.
“Müharibə olarsa, “Hizbullah”ı dəstəkləyəcəyik”

“İsrail Livana qarşı tammiqyaslı müharibəyə başlayarsa, İran bütün qüvvələri ilə “Hizbullah” hərəkatını dəstəkləyəcək”.
GunAz.az xəbər verir ki, bunu “Financial Times” qəzetinə müsahibəsində İranın ali lideri Əli Xameneinin müşaviri və İranın beynəlxalq münasibətlər üzrə Strateji Şurasının rəhbəri Kamal Harazi deyib.
“Belə bir vəziyyətdə bütün vasitələrlə “Hizbullah”ı dəstəkləməkdən başqa digər seçimimiz olmazdı”, - deyə Harazi qeyd edib.
Bununla belə, onun sözlərinə görə, münaqişənin gələcəkdə eskalasiyası və genişlənməsi nə İranın, nə də ABŞ-nin maraqlarına uyğun gəlir.скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ