SON DƏQİQƏ

Güclü külək ciddi fəsad törətdi

Tarix:

10-10-2023, 08:00

/ 1 422 dəfə oxundu.
Güclü külək ciddi fəsad törətdi

Oktyabrın 9-da axşam saatlarında Gürcüstan ərazisində yağan leysan yağışlar və güclü külək bölgələrdə və Tiflisdə bir sıra ciddi fəsadlar törədib.

Bu barədə Tiflis şəhər meriyası məlumat yayıb.

Bildirilir ki, güclü külək əsasən Saburtalo və Vaki rayonlarına təsir edib. Xüsusən də Maricani küçəsində ağacların aşması nəticəsində elektrik naqilləri zədələnib, bəzi yarımçıq qalmış tikililərin divarları uçub. İnsanların mülklərinə, xüsusən də avtomobillərə xeyli ziyan dəyib. Tiflis meriyasının müvafiq qurumları gücləndirilmiş iş rejiminə keçiblər. Meriyada qaynar xətt yaradılıb.

Qərb bölgəsində yağan leysan yağışlar da ziyansız ötüşməyib. Bəzi əraziləri su basıb, sel təhlükəsi yaranıb, çaylarda suyun səviyyəsi artıb

скачать dle 12.1

Şərhlər