SON DƏQİQƏ
» » Bərdədə güclü külək dağıntılar törətdi - YARALILAR VAR

Bərdədə güclü külək dağıntılar törətdi - YARALILAR VAR

Tarix:

12-04-2022, 21:18

/ 1 384 dəfə oxundu.
Bərdədə güclü külək dağıntılar törətdi - YARALILAR VAR

Bərdədə güclü külək bir sıra fəsadlar törədib.

GunAz.az xəbər verir ki, rayonun bir necə kəndində fərdi yaşayış evlərinə, habelə Bərdə şəhərinin Heydər Əliyev prospektində yerləşən fərdi yaşayış evinə ciddi ziyan dəyib.

 

Güclü külək elektrik təsərrüfatına da ciddi ziyan vurub. Elektrik dirəkləri aşıb, xətlər isə qırılıb. Nəticədə rayona verilən elektrik enerjisində fasilələr yaranıb.

İri gövdəli ağaclar və ağacların budaqları küləyin təsirindən qırılıb. Nəticədə minik avtomobillərinə də ziyan dəyib. Həmçinin, iri gövdəli ağacın yaşayış evinin üstünə aşması nətucəsində 3 nəfər xəsarət alıb.

Bərdə Rayon İcra Hakimiyyətinin Fövqaladə hallar komissiyasından bildirilib ki, dağıntılarla bağlı araşdırma aparılır, fəsadlar aradan qaldırılır. Qeydiyyat işləri başa catdıqdan sonra təmir və bərpa işlərinə başlanılacaq.


скачать dle 12.1

Şərhlər