SON DƏQİQƏ
» » Bu kəndlərə qazın verilişi dayandırıldı- SƏBƏB İSƏ...

Bu kəndlərə qazın verilişi dayandırıldı- SƏBƏB İSƏ...

Tarix:

15-08-2022, 20:22

/ 1 917 dəfə oxundu.
Bu kəndlərə qazın verilişi dayandırıldı- SƏBƏB İSƏ...

Bu gün Şabran rayonunda yanğın səbəbindən fövqəladə vəziyyət elan olunub.

"Azəriqaz"dan verilən məlumata görə, yanğın təhlükəsizliyi baxımından Xaçmaz Regional qaz istismarı İdarəsinin Şabran xidmət sahəsi ərazisində "Taxtalar" QPS-dən qidalanan Zeyvə , Kirvar kəndləri istiqamətində çəkilmiş 9 kəndi qidalandıran daşıyıcı qaz xəttində müvəqqəti olaraq qaz təchizatı dayandırılıb.

 

Bu səbəbdən Dağ Bilici, Mumlu, Zöhramlı, Pirəbədil, Sumağa, Qazmalar, Qorağan , Zeyvə və Kirvar kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb

скачать dle 12.1

Şərhlər