SON DƏQİQƏ
» » SON DƏQİQƏ: Xaçmaz meşəsində güclü yanğın başlayıb- YENİLƏNİB

SON DƏQİQƏ: Xaçmaz meşəsində güclü yanğın başlayıb- YENİLƏNİB

Tarix:

11-07-2022, 17:50

/ 1 693 dəfə oxundu.
SON DƏQİQƏ: Xaçmaz meşəsində güclü yanğın başlayıb- YENİLƏNİB

Xaçmaz rayonunda meşə massivində güclü yanğın başlayıb.

Yanğın Xaçmaz-Xudat yolunun Müşkür kəndindən keçən hissəsində, yolun hər iki tərəfinin kənarında yerləşən ərazidə qeydə alınıb.

Alovun qarşısını almaq üçün əraziyə Xaçmaz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin və Xaçmaz Rayon Polis Şöbəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Xaçmaz-Xudat avtomobil yolu bağlanıb.

Buna səbəb Xaçmaz rayonunun Müşkür kəndi yaxınlığında baş verən yanğın hadisəsidir.

Məlumata görə, hazırda Gəndob-Yalama yolu istiqamətindən keçən hissədə müvəqqəti postlar qurulub, nəqliyyat vasitələri alternativ yollara yönləndirilir.

Güclü külək yeni yanğın ocaqlarının yaranmasına səbəb olur, bu səbəbdən qabaqlayıcı tədbirlər görülür.

Ərazidəki istirahət mərkəzinin və yanacaqdoldurma məntəqəsinin əməkdaşları təxliyə olunub.

***

Xaçmaz rayonunda yanğın nəticəsində ərazidən keçən yüksək gərginlikli elektrik xətti qırılıb.

Nəticədə Xaçmaz şəhərinə və ətraf kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb.

Alovun söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

скачать dle 12.1

Şərhlər