SON DƏQİQƏ

Cavanşir Feyziyevi o əvəzlədi

Tarix:

14-05-2022, 14:24

/ 2 362 dəfə oxundu.
Cavanşir Feyziyevi o əvəzlədi

Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin rəhbəri dəyişib.

Bu vəzifəyə deputat Cavanşir Feyziyevin yerinə Tural Gəncəliyev təyin edilib.

Belə ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, Milli Məclisin deputatları – Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində nümayəndə heyətimizin rəhbəri Tural Gəncəliyev və nümayəndə heyətinin üzvü Sevil Mikayılova mayın 16-da Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər.

Cavanşir Feyziyev 2020-ci ilin aprelində Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində nümayəndə heyətinin rəhbəri təyin edilmişdi. Bu ilin aprel ayının 15-də C.Feyziyev Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsindən də kənarlaşdırılıb.

Qeyd edək ki, bir müddət öncə sosial şəbəkələrdə deputat Cavanşir Feyziyev və ailəsinə məxsus 5 milyon funt-sterlinq pulun London məhkəməsində müsadirə olunduğu haqda xəbər müzakirə olunmuşdu. Bundan sonra C.Feyziyev məsələ ilə bağlı şəxsi səhifəsində açıqlama verərək məlumatı yayan jurnalistlərdən bəzilərini təhqir etmişdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ