
Ötən gün Zərdab rayonunun Çallı kəndində ev yanıb. Yanğın nəticəsində 1993-cü il təvəllüdlü Pərvanə Kərim qızı Əhmədova və 2013-cü il təvəllüdlü Gülayə Pərvin qızı Əhmədli yanaraq vəfat ediblər.
Yanğında Pərvanə Əhmədovanın oğlu, 7 yaşlı Əhmədli Gülməmməd və onun nənəsi ağır yanıq xəsarətləri ilə Bakı şəhərinə gətirilərək 5 saylı şəhər klinik xəstəxanasına yerləşdiriliblər.
Hadisə nəticəsində həyatını itirən 9 yaşlı Gülayə və ağır yanıq xəsarəti alan qardaşı Gülməmmədin fotosunu təqdim edirik:





























