SON DƏQİQƏ

Sosial media fenomeninə 5 il cəza verildi

Tarix:

14-12-2021, 15:49

/ 1 315 dəfə oxundu.
Sosial media fenomeninə 5 il cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində sosial şəbəkələrdə "Ramin yeraz" kimi qeydiyyatdan keçən narkotik vasitələrin təbliğini etməkdə təqsirləndirilən Ramin İsmayılovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən məhkəmə prosesinin yekununda R.İsmayılovun 5 il müddətinə azadlıq məhrum edilməsinə hökm edilib.

Qeyd edək ki, Nizami rayon sakini olan R.İsmayılov narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən 5,140 qram heroin aşkar edilərək götürülüb.

 

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

R.İsmayılov bundan əvvəl də 2018-ci ildə dələduzluqda şübhəli bilinərək tutulub. O, sosial şəbəkələrdə "Ramin yeraz” adı ilə tanınan ifaçıdır. R.İsmayılov özünü "Ramin yeraz prodakşn”ın sahibi kimi təqdim edirdi.

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər