SON DƏQİQƏ

DİQQƏT- Bu gündən icazə verilir

Tarix:

13-12-2021, 08:07

/ 1 196 dəfə oxundu.
DİQQƏT- Bu gündən icazə verilir

Bu gündən etibarən Azərbaycanda hamamların fəaliyyət göstərməsinə icazə verilir.

Bu, Nazirlər Kabinetinin dekabrın 11-də xüsusi karantin rejimində ictimai iaşə, xidmət müəssisələrinin fəaliyyəti və peyvəndlənməyə dair qərarında əksini tapıb.

Hamam xidmətləri göstərən obyektlərin xidmətlərindən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, yalnız COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmuş və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olan, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər istifadə edə bilər.


скачать dle 12.1

Şərhlər