
Gəncədə Vətən müharibəsi şəhidi Bəhruz İsgəndərovun qardaşı Pərviz İsgəndərovun yaşadığı evin darvazasında hündürlükdə olan bayrağı dəyişərkən yıxılaraq ölməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Publika.az-ın yerli bürosuna Pərviz İsgənrovun atası Abbas İsgədərov məlumat verib.
"Oğlum özəl xəstəxanalardan birindədir. Əməliyyat edilib və hazırda vəziyyəti keçirdiyi əməliyyata uyğundur", - deyə A.İsgəndərov bildirib.