Ölüm xəbəri yayılan şəhid qardaşı ilə bağlı açıqlama
Gəncədə Vətən müharibəsi şəhidi Bəhruz İsgəndərovun qardaşı Pərviz İsgəndərovun yaşadığı evin darvazasında hündürlükdə olan bayrağı dəyişərkən yıxılaraq ölməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Publika.az-ın yerli bürosuna Pərviz İsgənrovun atası Abbas İsgədərov məlumat verib.
"Oğlum özəl xəstəxanalardan birindədir. Əməliyyat edilib və hazırda vəziyyəti keçirdiyi əməliyyata uyğundur", - deyə A.İsgəndərov bildirib.
