
Saytların əksəriyyətinin peşəkar səviyyəsi çox aşağıdır, əxlaqları da eynən. O dərəcədə aşınıblar ki, Qarabağ kimi həssas mövzu ilə də manipulyasiyadan çəkinmirlər…”
GunAz.az xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli bildirib: "Saytın biri soruşub ki, "Azərbayvan vətəndaşları olan Qarabağ erməniləri bizim cəmiyyətə necə inteqrasiya oluna bilər?” Mən də bunun yollarını göstərməyə çalışmışam. Bəzi saytlar (qaynarinfo, demokrat.az, konkret.az və s.) bunu normal sərlövhə ilə paylaşıb”.
"Amma rəngi bilinməyən "YENİLİK.az” adlı bir sayt isə belə həssas mövzunu kontekstə uyğun gəlməyən başlıqla yayaraq (belə alınır ki, guya söhbət 90-cı illərdə buraları tərk etmiş ermənilərdən gedir) mətni oxumayıb yalnız başlığa baxan nadanlara bizi söydürür. Sadəcə, ayıbdır! Özünüzə hörmət qoymaya bilərsiniz, amma peşəni bu dərəcədə ayaq altına atmaq olmaz!” – deyə, Qulu Məhərrəmli qeyd edib.



























