SON DƏQİQƏ
» » Qəhrəman Azərbaycan xüsusi təyinatlıları İsparta dağlarında

Qəhrəman Azərbaycan xüsusi təyinatlıları İsparta dağlarında

Tarix:

29-05-2021, 10:12

/ 3 896 dəfə oxundu.
Qəhrəman Azərbaycan xüsusi təyinatlıları İsparta dağlarında

Türkiyənin Milli Müdafiə Nazirliyi özünün rəsmi internet saytında Azərbaycan ordusunun xüsusi təyinatlılarının bu ölkənin İsparta bölgəsində keçirilən dağ-komando təlimlərində iştirakına dair fotoları yayıb. 

Məlumatda deyilir ki, Türkiyə Silahlı Qüvvələrinin İsparta Terrorla mübarizə Tədris və Təlim Komandanlığında keçirilən dağ-komando təlimlərində iştirak edən qəhrəman Azərbaycan əsgərləri dağlıq ərazilərdə axtarış-zərərsizləşdirmə əməliyyatlarını məşq edirlər.

 

Xatırladaq ki, bu günlərdə Azərbaycan ordusunun bölmələri Türkiyədə həm də "Anadolu qartalı-2021” təlimlərində iştirak edirlər./virtualaz

скачать dle 12.1

Şərhlər