SON DƏQİQƏ
» » Türkiyə ordusu terrorçuları zərərsizləşdirib

Türkiyə ordusu terrorçuları zərərsizləşdirib

Tarix:

10-05-2021, 09:02

/ 3 437 dəfə oxundu.
Türkiyə ordusu terrorçuları zərərsizləşdirib

İraqın şimalındakı mağaralardan birində terrorçularla döyüşün gedişatında Türkiyənin xüsusi təyinatlı dəstəsi PKK-nın 6 silahlısını zərərsizləşdirib.

GunAz.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

"Avaşin-Basyan ərazisində mağaralardan birində keçirilən əməliyyatın gedişatında daha bir PKK terrorçusu zərərsizləşdirilib. Beləliklə, Türkiyənin xüsusi təyinatlı dəstəsinin zərərsizləşdirdiyi terrorçuların sayı 6 nəfərə çatıb", - xəbərdə deyilir.

Qeyd edilir ki, Avaşin-Basyanda terrorçuluğa qarşı əməliyyat davam edir.

Daha əvvəl Türkiyə Milli Müdafiə Nazirliyi Avaşin-Basyan ərazisində mağarada 5 terrorçunun məhv edilməsi haqqında məlumat yayıb. Türkiyənin hərbi aviasiyası həmçinin İraqın şimalındakı Qara ərazisində də PKK-nın 8 terrorçusunu məhv edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ