
Respublika Günü münasibətilə Dubayda Birləşmiş Ərəb Əmirliklərinin rəmzi hesab olunan dünyanın ən hündür qülləsi məşhur Bürc Xəlifənin üzərində Azərbaycan dövlət bayrağı əks olunub.
GunAz.az AZƏRTAC-a istinadla xəbər verir ki, Bürc Xəlifənun üzərində ölkəmizin bayrağının əks olunması Azərbaycanın Dubaydakı Baş konsulluğunun təşəbbüsü ilə reallaşıb.