Dünyanın ən hündür binası üzərində Azərbaycan bayrağı əks olunub
Respublika Günü münasibətilə Dubayda Birləşmiş Ərəb Əmirliklərinin rəmzi hesab olunan dünyanın ən hündür qülləsi məşhur Bürc Xəlifənin üzərində Azərbaycan dövlət bayrağı əks olunub.
GunAz.az AZƏRTAC-a istinadla xəbər verir ki, Bürc Xəlifənun üzərində ölkəmizin bayrağının əks olunması Azərbaycanın Dubaydakı Baş konsulluğunun təşəbbüsü ilə reallaşıb.