SON DƏQİQƏ
» » Azərbaycanda şagird dəftərlərinin üzərində Ermənistan bayrağı...– FOTO

Azərbaycanda şagird dəftərlərinin üzərində Ermənistan bayrağı...– FOTO

Tarix:

21-11-2017, 17:40

/ 1 045 dəfə oxundu.
Azərbaycanda şagird dəftərlərinin üzərində Ermənistan bayrağı...– FOTO

Azərbaycanda məktəblilər üçün nəşr edilən dərs ləvaziminatında daha bir biabırçılıq aşkarlanıb.
Gunaz.az xəbər verir ki, Birinci siniflərə aid şəkilli 12 vərəqli dəftərlərin üzərində Ermənistan bayrağı təsvir edilib.
Məsələ burasındadır ki, dünya dövlətlərinin bayraqlarının əks olunduğu dəftərin üzərində nədənsə Azərbaycan bayrağı yoxdur.
Qeyd edək ki, bir neçə il öncə Azərbaycan bazarlarında üzərində Azərbaycan Respublikasının ərazi bütövlüyünü təsdiq etməyən, hətta təhqir edən, yəni Dağlıq Qarabağı Ermənistanın ərazisi kimi təbliğ edən qlobusların olduğu haqqında sosial şəbəkələrdə məlumatlar yayılmışdı. Bu dəfə isə məktəblilər üçün nəşr edilmiş dəftərlərin üzərində növbəti rəzillik öz əksini tapıb.
Ümid edirik ki, bu cür dəftərlərin yığışdırılması üçün aidiyyatı qurumlar hərəkətə keçərəcək.(avropa.info)
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ