SON DƏQİQƏ
» » İstanbulun rəmzləri hesab edilən üç körpü Azərbaycan bayrağının rənglərində işıqlandırılıb

İstanbulun rəmzləri hesab edilən üç körpü Azərbaycan bayrağının rənglərində işıqlandırılıb

Tarix:

28-05-2019, 13:05

/ 1 321 dəfə oxundu.
İstanbulun rəmzləri hesab edilən üç körpü Azərbaycan bayrağının rənglərində işıqlandırılıb

İstanbulun rəmzlərindən hesab edilən “15 İyul Şəhidləri”, “Fatih Sultan Mehmet” və “Yavuz Sultan Səlim” körpüləri Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101 illiyi münasibətilə dövlət bayrağımızın rəngləri ilə işıqlandırılıb. İstanbulun tarixində ilk dəfə olaraq hər üç körpü Azərbaycan bayrağının rənglərinə bürünüb.

GunAz.az xəbər verir ki, körpülərin işıqlandırılması Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşəbbüsü, Türkiyənin Avtomobil Yolları Dövlət Müdürlüyü və İstanbul Valiliyinin dəstəyi ilə baş tutub.

Körpülərin işıqlandırılması mayın 28-də də davam edəcək.

Qeyd edək ki, bundan əvvəl Respublika Günü münasibətilə yalnız “Fatih Sultan Mehmet” körpüsü iki dəfə Azərbaycan bayrağının rənglərində işıqlandırılıb.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ