SON DƏQİQƏ
» » Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Tarix:

29-05-2018, 10:45

/ 10 320 dəfə oxundu.
Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

28 mayda Gürcüstanın paytaxtı Tbilisi səhərinin ən hündür parkında yerləşən televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, teleqüllə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar Azərbaycan səfirliyinin təşəbbüsü ilə bayrağımızın rəngləri ilə işıqlandırılıb.

Azərbaycanın üçrəngli bayrağının belə hündür yerdən nümayiş olunması şəhərə xüsusi gözəllik bəxş edib. Bu gözəllik şəhərin qonaqlarının da marağına səbəb olub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ