SON DƏQİQƏ
» » "Sabah Cənub Qaz Dəhlizinin rəsmi açılışı olacaq"

"Sabah Cənub Qaz Dəhlizinin rəsmi açılışı olacaq"

Tarix:

28-05-2018, 21:03

/ 10 374 dəfə oxundu.
"Sabah Cənub Qaz Dəhlizinin rəsmi açılışı olacaq"

Sabah Cənub Qaz Dəhlizinin rəsmi açılışı olacaq.

Gunaz.az xəbər verir ki, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda deyib.

“Biz dənizləri neft-qaz kəmərləri ilə birləşdirdik. Tarixdə ilk dəfə olaraq Xəzər dənizi Qara dənizlə, Aralıq dənizi ilə neft kəmərləri vasitəsilə birləşdi. Bizim təşəbbüsümüzlə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa neft və qaz kəmərləri inşa edildi.

Enerji təhlükəsizliyi baxımından Azərbaycan nəinki regionda, dünya miqyasında önəmli ölkəyə çevrildi. Hazırda Cənub Qaz Dəhlizinin icrası ilə bağlı böyük işlər görülür və sabah Cənub Qaz Dəhlizinin rəsmi açılışı olacaq. Bu da böyük tarixi qələbəmizdir”, - deyə dövlət başçısı bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ