SON DƏQİQƏ
» » Sarayda oturanlar acların harayına çata bilməzlər

Sarayda oturanlar acların harayına çata bilməzlər

Tarix:

15-05-2017, 14:47

/ 6 950 dəfə oxundu.
Sarayda oturanlar acların harayına çata bilməzlər

 Şəbistan Xəbər Agentliyi: Bu gün dünyanın gələcəyinə və hara getdiyinə baxdıqda belə sual ortaya çıxar ki, bu dünyanın sonu və aqibəti necə olacaqdır?

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, höccətül - islam vəl - müslimin Əbdülkərim İbadi dünən İranın Qəzvin şəhərində söylədiyi cümə namazı xütbələrində dedi: Bu gün dünyanın gələcəyinə və hara getdiyinə baxdıqda belə sual ortaya çıxar ki, bu dünyanın sonu və aqibəti necə olacaqdır?

Sözsüz ki, iki cavab burada daha çox meydana qoyulur: birincisi baxışda gələcək müharibələr ilə, xaos, dava – qırğınlarla doludur. Bu yanaşma gələcəyi qaranlıq və zülmətlə təfsir etməkdir. Bu baxışda insanlar məyus edilir, ümidləri əllərindən alınır. Bu baxış firon və şeytan mədəniyyətini insanlara təlqin edir. İman və din üzərində qurulmuş baxışı insanlardan alır.
İkinci baxışda isə gələcək parlaq, işıqlı və gözəldir . Bu, Allah və onun Peyğəmbərlərinin (s) gələcək barəsində verdikləri xəbərlərdir ki, dünya özünün ən gözəl dövrünə qədəm qoyacaqdır. Bu qeybi informasiya həm Peyğəmbərlərin (s) tərəfindən və həm məsum imamlar tərəfindən bizə verilmişdir. Belə ki, bu İmam Zamanın (ə) zühuru ilə reallaşacaqdır və o məhrum saxlanılmış kütlələri aclıq və səfalətdə olan insanları, yer uzunun saleh bəndələrini hakimlərə çevirib sarayda oturanların hakimiyyətinə son qoyacaqdır.
 

GUNAZ.az

скачать dle 12.1

Şərhlər