SON DƏQİQƏ
» » Yalnız maddi təminatlarımız üçün səs verməyək

Yalnız maddi təminatlarımız üçün səs verməyək

Tarix:

6-05-2017, 00:42

/ 4 168 dəfə oxundu.
Yalnız maddi təminatlarımız üçün səs verməyək

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, höccətül - islam vəl - müslimin Əbdülkərim Abidi İranın Qəzvin şəhərində söylədiyi cümə namazı xütbəsində İranın ərəfəsində oldugu prezident seçkilərdən danışdı və bildirdi ki, seçkilərdə qaranlıq əməl etmiyək, yəni araşdırmadan, səs verdiyimiz insanın xasiyyətnaməsinə əhəmiyyət vermədən ona etimad etmiyək.

Əksinə geniş müzakirələrlə araşdırdıqdan sonra daha səlahiyyətli və ləyaqətli olan namizədlərə etimad göstərək. Əgər belə edəriksə, əlimizə düşən fürsəti yandırmamışıq. Diqqət yetirilməlidir ki, daha çox səlahiyyətlərə və ləyaqətlərə malik olan insanlara səs verək. Yaddan çıxardmayaq ki, əgər maddi ehtiyaclar yalnız məişət qaygıları üzündən kiməsə səs versək, özümüzə zərər vuracağıq.
 
Biz bir çox dini ayinlərdə, o cümlədəndə aşura kimi matəm məclislərində İmam Hüseyn (ə)-ın bayragı, yəni bir bayragın altına toplaşırıq. Yaddan çıxartmamalıyıq ki, başqa sahələrdədə biz yekdil olmalı və ölkənin qütbiləşdirməkdən saxlamalıyıq.
 
O daha sonra ölkədə gənclər və yeniyetmələr arasında namaza verilən qiymətdən də danışdı və bildirdi ki, insan təklif yaşına çatanda özünə mərcəyi - təqlid seçib təqlid etməlidir və dininin göstərişini ondan almalıdır. Bunun üçün elm əhli ilə məsləhətləşməli və düzgün yolu seçməliyik. Yəni çalışmalıyıq ki, əməllərimiz hansısa mərcəyi - təqlidin fətvaları üzündən olsun. Mərcəyi - təqlid seçmək əhəmiyyəti oldugu kimi rəhbəri də tanımaq bu dərəcədə əhəmiyyətə malikdir. Belə ki, hədislərdə keçir ki, öz rəhbərini tanımıyan insan, yəni öz imamını tanımıyan insan cahiliyyət dövründə ölənlər kimi ölüb. Onun ibadətinin heç bir əhəmiyyəti yoxdur.

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər