SON DƏQİQƏ

Bu ölkələrin başçıları Xankəndidədir

Tarix:

Bu gün, 13:15

/ 2 355 dəfə oxundu.
Bu ölkələrin başçıları Xankəndidədir

Bu gün Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçiriləcək.
GunAz.az xəbər verir ki, Zirvə görüşündə iştirak etmək üçün bir çox ölkə başçısı və rəsmi şəxsləri Xankəndiyə gəlir.
Xankəndiyə gələn dövlət rəsmilərinin siyahısı:
1. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan;
2. Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatar;
3. İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian;
4. Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif;
5. Özbəkistan Prezidenti Şövkət Mirziyayev;
6. Qırğızıstan Prezidenti Sadır Japarov;
7. Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini-xarici işlər naziri Rəşid Meredov;
8. Tacikistan Prezidenti İmaməli Rəhman;
9. Qazaxıstanın Baş naziri Oljas Bektenov;
10. Əfqanıstanın Baş nazirinin müavini Əbdül Qani Baradar;
11. Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabir.
Qeyd edək ki, Azərbaycan 1992-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olub. Təşkilatın hazırki üzvləri Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Əfqanıstan və Özbəkistandır.
скачать dle 12.1

Şərhlər