
“Azərbaycan ECO-nun işində həmişə fəal iştirak etmişdir”.
GunAz.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı deyib.
“ECO-ya üzv ölkələrlə əlaqələrimiz uğurla inkişaf edir”, - deyə dövlət başçısı vurğulayıb.
Prezident, həmçinin qeyd edib ki, bizim ölkəmizdə çox müsbət sərmayə iqlimi mövcuddur. Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir.
Dövlə başçısı bildirib: “Bu gün Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir və müxtəlif qaz boru kəmərləri vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edir. Biz göstəriciyə görə dünyada ön sıralardayıq”.